“Neftçi”nin qapıçısı İvan Brkiç yayda komandasını dəyişə bilər. Futbolinfo.az saytı xəbər verir ki, bu barədə “vecernji.hr” saytı məlumat yayıb.

İddiaya görə, 28 yaşlı qolkiper bir neçə Avropa klubunun maraq dairəsindədir. Hətta adı açıqlanmayan bir ölkənin 5-ci liqasından belə ona təklif olduğu vurğulanıb. Brkiç özü isə “Neftçi”də xoşbəxtdir və Bakıda özünü rahat hiss edir. “Ağ-qaralar” da təcrübəli qapıçı ilə mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləmək niyyətindədirlər.

İvanın “Neftçi”də qalmaq ehtimalı yüksək qiymətləndirilsə də, onun Türkiyəyə köçmək variantı da istisna edilməyib. Bildirilib ki, Nenad Byelkanın “Trabzonspor”un baş məşqçi postuna təyin olunması Brkiçin gələcək karyerasına da təsir göstərə bilər. Yəni xorvatiyalı mütəxəssis yayda həmyerlisini komandasında görmək istəyə bilər.

Qeyd edək ki, İvan Brkiç ötən ilin yanvarından “Neftçi”nin formasını geyinir.

Shares: