Azərbaycan qran-prisindən əvvəl keçirilən mətbuat konfransında “Mercedes” komandasının pilotu və sürücülərin həmkarlar ittifaqının sədri Corc Rassel federasiyanın qərarlarından narazılığını dilə gətirib:
“FIA ilə əlaqə saxlayacağıq. Məqsədimiz onların Avstraliyadakı hərəkətlərinin səbəbini öyrənməkdir. Orada işləyən insanların biliyinə şübhəmiz yoxdur, onlar öz işlərini mümkün qədər yaxşı görməyə çalışırlar, lakin qərarı nə ilə əsaslandırdıqlarını anlamaq bizim üçün vacibdir.
Ola bilməz ki, bütün həftə sonunun taleyi ofisdə bir nəfər tərəfindən həll edilsin. Bu yaxınlarda bir neçə qeyri-standart qərarlar gördük. Əgər bu qərarlar ardıcıl olacaqsa, etirazımız yoxdur. Amma görünən odur ki, fikirlərində məntiq və ardıcıllıq olmur.
Hamı İmolada Formulanın regional yarışında insidenti görüb. Gənc sürücünün belə bir vəziyyətə düşməsi kədərləndiricidir. Hamımızın məqsədi Formulanı həm baxımlı , həm də təhlükəsiz etməkdir.
Mən bu barədə artıq FİA ilə danışmışam. İdmanı təkmilləşdirmək üçün birlikdə daha çox iş görməliyik. Bizim fikrimiz onlar üçün vacib olmalıdır. Çünki bizim gördüklərimizi heç kim görə bilməz. Ona görə də qərarlar qəbul edilən zaman müzakirələrin bir hissəsi olmaq istəyirik”.

Shares: