Canluka Skamakka A Seriyasına qayıdır. İtaliya millisinin üzvü yayda vətənindən gələn təkliflərdən birini dəyərləndirmək nyyətindədir.

Futbolinfo.az xəbər verir ki, “Milan”, “İnter” və “Yuventus” hücumçunun xidmətində maraqlıdır. Hələlik real təklif yoxdur. Lakin 3 İtaliya nəhəngi onun adını transfer siyahısına yazıb və vəziyyətə uyğun addım atılacaq.

Hazırda “Vest Hem”də çıxış edən 24 yaşlı italiyalının İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə turulub. “Vest Hem” onu onu mövsümün əvvəlində 36 milyon avro ödəyərək “Sassuolo”dan transfer edib.

Shares: