MBA-da dünən gecə keçirilən oyunlardan sonra seriyalarda fərq minimuma enib.

Nyu-Yorkda yerli komanda “Mayami Hits”i məğlubiyyətə uğradıb – 112:103. Görüşün qəhrəmanı 38 xal toplayan Branson olub. Qonaqların ulduzu Cimmi Batler isə bu dəfə sönük oyun nümayiş etdirib. O, görüşü 19 xal və 7 ribaundla tamamlayıb. Erik Spoelstra ehtiyat basketbolçuların köməyi ilə dönüş yaratmağa çalışsa da, buna müyəssər olmayıb. Nəticədə seriyada cütün taleyi qarşıdakı oyunlara qalıb. 6-cı görüş Mayamidə keçiriləcək.

Eyni ssenari San-Fransiskoda da gerçəkləşib. “Vorriors” “Leykers” üzərində qələbə qazanaraq (121:106) fərqi minimuma endirib. Görüşdə ən yüksək məhsuldarlıq yenə də Stiv Körriyə aid olub. Veteran basketbolçu 27 xal toplayıb. Bu oyunda onun komanda yoldaşları da kifayət qədər yüksək məhsuldarlıq nümayiş etdiriblər. Məhz bu amil ardıcıl iki məğlubiyyətdən sonra “Qolden Steyt Vorriors”un qələbə qazanmasına şərait yaradıb. Oyunda digər bir məqam Entoni Devisin zədələnməsidir. Xoşbəxtlikdən Los-Anceles komandasının ulduzu beyin silkələnməsinə məruz qalmayıb. Onun növbəti oyunda meydançada olacağı gözlənilir.

Xatırladaq ki, hesabda 3:2 öndə olan “Leykers” növbəti oyunu evdə keçirəcək.

Dünən MBA-da müntəzəm çempionatın rəmzi yığmaları da açıqlanıb. Maraqlıdır ki, hazırda mübarizə aparan basketbolçulardan yalnız Embid və Teytum ilk beşliyə düşüb. Start heyətin digər 3 basketbolçusu Luka Donçiç (Dalals), Yannis Adetokumbo (Miluoki) və Şey Gilces-Aleksanderdir (Oklahoma).  Denverin ulduzu Nikola Yokiç, “Mayami”dən Batler və “Vorriors”dan Körri ikinci beşliyə seçilib. Lebron Ceyms yalnız üçüncü heyətdə yer alıb. Arvidas Sabonisin oğlu Domantas da Lebronla eyni komandaya düşüb.

0c3b30b4 e8ec 4a21 b756 baff226128d4 - Futbolinfo.az
Shares: