İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan “Arsenal”da iki futbolçunun mövsümün qalan hissəsində meydana çıxa bilməyəcəyi dəqiqləşib.

Futbolinfo.az xəbər verir ki, bunlar Vilyam Saliba ilə Aleksandr Zinçenkodur.

Hər ikisi zədədən əziyyət çəkən bu oyunçular mövsümün sonunadək komandaya kömək edə bilməyəcəklər.

Saliba Avropa Liqasında Lissabon “Sportinq”inə qarşı oyunda zədələnmişdisə, Zinçenko Premyer Liqa çərçivəsində baş tutan “Nyukasl”la görüşdə sıradan çıxmışdı.

Saliba bu mövsüm “Arsenal”da 33 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib. Zinçenko isə 33 matçda 1 qol və 2 asistlə yadda qalıb.

“Arsenal” Premyer Liqanın qalan hissəsində “Brayton”, “Nottingem Forest” və “Vulverhempton”la qarşılaşacaq.

Shares: