Bu gün “Sabah” ilə Türkiyənin “Beşiktaş” komandası arasında yoldaşlıq oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komandalar Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəliblər.
Azərbaycanlı hakimlərin idarə etdiyi matç məhsuldar alınıb. Altı qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.
Qeyd edək ki, bu matçdan əldə olunacaq gəlirlərin hamısı Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.
Yoldaşlıq oyunu
13 may
“Sabah” – “Beşiktaş” 3:3
Qollar: Aleksey Kaşuk, 4; 6. David Volkov, 70 – Umut Meraş, 24; 44. Cenk Tosun, 63-pen.
Matçın 42-ci dəqiqəsində “Sabah”ın hücumçusu C.L.Mikels penaltidən yararlana bilməyib (qapıçı)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, İnqilab Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Sabah: Yusif İmanov, Boyan Letiç, Amin Seyidov, Con İrasabal, 13. Abdulaye Ba, Aleksey İsayev, Kristian da Silva, Elvin Camalov (k), Aleksey Kaşuk, Coy Lens Mikels, Emmanuel Apeh.
Ehtiyat oyunçular: Nicat Mehbalıyev, Rüstəm Samiqullin, Namik Ələskərov, S Məmmədov, Camal Cəfərov, Anatoli Nuriyev, Ceyhun Nuriyev, İldar Ələkbərov, Kristian Sebalyos, Davit Volkov, Tellur Mütəllimov, Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Murad Musayev.
Beşiktaş: Mert Günok, Valentin Rosier, Necip Uysal (k), Velinton, Umut Meraş, Berkay Vardar, Kerem Atakan Kesgin, Aleksandru Maksim, Onur Bulut, Cekson Muleka, Semih Kılıçsoy.
Ehtiyat oyunçular: Ersin Destanoğlu, Emre Bilgin, Salih Uçan, Cenk Tosun, Vensan Abubakar, Atiba Hatçinson, Amir Haciahmetoviç, Demir Ege, Jedson Fernandes, Tayfur Bingöl.
Baş məşqçi: Şenol Günəş.