“Çelsi” yeni baş məşqçisi barədə yekun qərarı verib. Bir neçə mütəxəssislə aparılan danışıqlardan sonra Mauritsio Poçettinonun namizədliyi üzərində dayanılıb.

Futbolinfo.az xəbər verir ki, argentinalı çalışdırıcı ilə anlaşmanın son kiçik detalları da dəqiqləşdirilib və qarşıdakı günlərdə təyinatın rəsmən elan olunacağı gözlənilir. 3 illik müqavilə bağlayacaq Poççettino yayda iş başına keçəcək. Cari çempionat isə müvəqqəti baş məşqçi olan Frenk Lempardla yekunlaşacaq.

51 yaşlı çalışdırıcının son iş yeri ötən yay tərk etdiyi PSJ klubu olub. Bundan əlavə, argentinalı “Tottenhem”, “Sauthempton” və “Espanyol”da çalışıb.

“Çelsi” Qrem Potterin istefaya göndərilməsindən sonra başsız qalıb. Komanda bütün yarışlarda çıxışını dayandırıb, gələn mövsüm avrokuboklarda olmayacağı dəqiqləşib.

Shares: