“Qəbələ”nin futbolçusu Felipe Santos AFFA İntizam Komitəsi tərəfindən cəzalandırıla bilər. Premyer Liqanın 34-cü turunun “Turan Tovuz”a qarşı ev matçında onun etdiyi hərəkətə tezliklə qiymət veriləcək.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi matçın 66-cı dəqiqəsində etdiyi ədəbsiz jestə görə diskvalifikasiya edilə bilər. Komandasının bərabərlik qolunu vurduğu zaman onun hərəkəti müzakirə olunur. Qonaq komandanın ehtiyat oyunçular skamyasında əyləşənlərə qarşı edilən hərəkət matç zamanı qalmaqala səbəb olmuş, “Qəbələ”nin digər futbolçularının üzrxahlıq etməsi ilə yoluna qoyulmuşdu. Lakin İntizam Komitəsini onu bağışlamayacağı güman olunur.

Xatırladaq ki, mayın 13-də baş tutan matç “Turan Tovuz”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Shares: