Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya Kubokunun qalibi olub. Onun çıxış etdiyi “CSM Lugoj” finalda “CSM Targoviste”ni məğlub edib.

28 yaşlı oyunçunun çıxış etdiyi kollektiv 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesabı ilə qalib gəlib. Ruban bu qarşılaşmanın ən yaxşı voleybolçusu seçilib.

Qeyd edək ki, “CSM Lugoj” cari mövsüm ölkə çempionatında bürünc medala da sahib çıxıb.

Shares: