Misli Premyer Liqasının 2022/23 mövsümündə 17-ci avtoqol qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, XXXIV turunun “Neftçi” – “Şamaxı” oyununda (1:1) qonaqların qapıçısı Rəşad Əzizli öz qapısına qol vurub. Bu matçadək cari mövsümdə 16 avtoqol olmuşdu.
Bununla da Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb. 1992-ci ildən keçirilən yarışda ən çox avtoqol 2014/15 mövsümündə yaşanmışdı. Həmin vaxt 17 avtoqol qeydə alınıb. Bu antirekord 8 ildən sonra təkrarlanıb.