Daiçi Kamadanın müştəriləri sırasına “Milan” da qoşulub. “Rossonyerlər” yayda “Ayntraxt”ı azad agent kimi tərk edəcək yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, bir sıra İngiltərə klubunun transferində maraqlı olduğu yaponiyalı özü də İtaliyaya köçməyə daha çox maraq göstərir. Bu üzdən “Milan”ın təklifi ürəyincədir. 26 yaşlı futbolçu qərarını yayda verəcək.
“Milan”ın hələ fevraldan maraqlandığı Kamadanın transferinə yalnız Braim Dias mane ola bilər. İki illik icarə müqaviləsi başa çatan oyunçu “Real”a dönməlidir. Madridlilər onu yenidən icarəyə verməyə və satmağa razılaşsa, “Milan” Kamadanı heyətinə qatmaqdan vaz keçəcək.