Marsel Sabitserin yeni mövsümə harada başlayacağı bəlli deyil. Hazırda “Mançester Yunayted”in şərəfini qoruyan yarımmüdafiəçi yayda “Bayern”ə qayıtmalıdır. Lakin Avstriya millisinin üzvü icarədə olduğu İngiltərə klubu ilə daimi əsasda müqavilə bağlamaq istəyir.
Futbolinfo.az xəbər verir ki, münhenlilər futbolçusunu satmağın əleyhinə deyil. Lakin oyunçunun hazırkı durumu problem yaradıb. Belə ki, zədə alan yarımmüdafiəçi üçün mövsümün erkən bitdiyi məlum olub. İngilislər onu heyətdə saxlamaqda maraqlı olsa da, zədə üzündən indi qərar verə bilmir.
Hər şeyə yekun müayinələrdən sonra aydınlıq gələcək. Zədənin ciddiliyi dəqiqləşdikdən sonra klublar arasında danışıqlar başlayacaq.