Bu gün “Milan” Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”in qonağı olacaq. İlk oyunda 0:2 hesabı ilə uduzan “rossonyerlər” eyni meydanı bölüşdüyü həmşəhərlilərindən revanş almağa çalışacaq.

Futbolinfo.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Stefano Pioli rəqibin səhvlərindən yararlanmağa çalışacaqlarını bildirib: “Komandadakı futbolçuların gözləri mənə ən yaxşı səkildə hazırlaşdıqlarını deyir. İlk matçla müqayisədə daha yaxşısını edib qələbə qazanmalıyıq. Məqsədimiz heç kimin təxmin etmədiyi formada finala yüksələcək bir nəticə ilə qələbə qazanmaqdır. “İnter” güclü komandadır. İndi ikinci hissəyə başlayırıq. Keyfiyyəti yüksəltməyimiz vacibdir. Rəqibin səhvlərindən yararlanmağa çalışmalıyıq. Çünki onlar səhv edirlər”.

Shares: