Xosep Qvardiola rekorda imza atıb. O, TOP-5 ölkə klublarında baş məşqçi kimi çalışdığı 15 mövsümün 11-də çempion olub.
Futbolinfo.az xəbər verir ki, dünən “Arsenal”ın “Nottingem Forest”lə səfər matçında uduzması (0:1) “şəhərlilər”ə meydana çıxmadan qızıl medalları təmin etmək imkanı verdi. Bu, onların 9-cü, Qvardiolanın rəhbərliyi altında isə 5-ci çempionluğu oldu.
İspan çalışdırıcı İngiltərədə ardıcıl 3-cü dəfə komandasını zirvəyə qaldırdı ki, o, bunu 3 ölkədə bacarıb:
Barselona (La Liqa) – 2008/09, 2009/10, 2010/11.
Bayern (Bundesliqa) – 2013/14, 2014/15, 2015/16.
Mançester Siti (Premyer Liqa) – 2020/21, 2021/22, 2022/23.