Hokkey üzrə dünya çempionatı həlledici mərhələsinə qədəm qoyur. Dünən qrup mərhələsinin oyunları yekunlaşdıqdan sonra ¼ finalın bütün cütlükləri müəyyənləşib.
Beləliklə , yarımfinala çıxmaq uğrunda oyunlarda İsveçrə Almaniya, ABŞ isə Çexiya ilə üz-üzə gələcək. Son çempionatın qalibi Finlandiya komandasının rəqibi Kanada hokkeyçiləri olacaq. Qeyd edək ki, bu oyun Tamperedə keçiriləcək. Son turda İsveçrəni overtaymda məğlub edən Latviya komandasının rəqibi isə eyni şəkildə ABŞ-yə məğlub olan İsveç komandası olacaq.
Maraqlıdır ki, buna qədər məğlub olmayan İsveçrənin oyunu bir qədər şübhə doğurub. Məhz bu nəticədən sonra Slovakiya millisi qrupda mübarizəni dayandırıb. Qeyd edək ki, Latviya – İsveç oyunu Pribaltika ölkəsində baş tutacaq.
Bütün oyunlar mayın 25-nə təyin edilib. Reqlamentə əsasən, yarımfinal və final oyununun məkanı Finlandiyadır.