Bu həftə start götürəcək “Rolan Qarros” turnirindən sonra reytinq cədvəllərində ciddi dəyişikliklər ola bilər. Kişilərin cədvəlində hələlik Karlos Alkaras birincidir. Turnirdən sonra da onun bu mövqeyi qoruması ehtimalı yüksəkdir.

Qadınlarda isə vəziyyət bir qədər fərqlidir. Belaruslu Arina Sobolenkonın reytinq cədvəlinə rəhbərlik etməsi üçün gözəl şans var. Hazırda qadınlarda dünyanın 1 nömrəsi İqo Şvyontekdir. Onlar arasında 1399 bal fərq var. Bu, çox görünsə də , polyak tennisçinin keçən il burada çempion olduğunu yaddan çıxarmamalıyıq. Məhz bu amil onun vəziyyətini bir qədər çətinləşdirir. Sobolenkonın isə turnirdə cəmi 130 balı qoruması lazımdır.

Şvyontekin yerini qoruması üçün ən azı yarımfinala çıxması mütləqdir. Əks halda, belaruslu tennisçi ilk raundda məğlub olsa belə, onu üstələyəcək. Arinanın ¼ finala çıxması halında Şvyontek finala çıxmaq məcburiyyətindədir. Hər iki idmançı finalda üzləşsə, İqo mütləq qalib gəlməlidir. Bütün bu hallardan başqa Sobolenko reytinq cədvəlinin yeni lideri olacaq.

Shares: