Türkiyə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu yarımfinal görüşü “Ankaragücü” ilə “Başakşəhər” arasında baş tutub.
Bu komandaların ilk oyununda İstanbul təmsilçisi 1:0 hesabıyla qalib gəlmişdi. Cavab görüşünün əsas vaxtı isə Ankara təmsilçisinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Əlavə vaxtda daha bir qol vuran “Başakşəhər” finala yüksəlib.
Beləliklə, finalda iki İstanbul təmsilçisi – “Fənərbaxça” ilə “Başakşəhər” üz-üzə gələcəklər. Həlledici matç iyunun 11-də keçiriləcək.
Türkiyə kuboku
Yarımfinalın cavab oyunları
24 may
Fənərbaxça – Sivasspor 3:0
Qol: F.Kadıoğlu, 47. Batşuayi, 58. Kinq, 85.
İlk oyun – 0:0.
25 may
Ankaragücü – Başakşəhər 2:2
Qol: Sou, 11. Xatsicovanis, 90 – S.Gürler, 61. Keni, 109.
İlk oyun – 0:1.