“Neftçi”nin yayda Sankt-Peterburqda keçiriləcək turnirdə iştirak edəcəyi dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, bunu sözügedən şəhərin təmsilçisi “Zenit”in direkotoru Aleksandr Medvedev championat.com saytına açıqlamasında deyib.
“İyulda biz “Fənərbağça”, “Srvena Zvezda” və “Neftçi” komandalarını Sankt-Peterburqda keçiriləcək turnirdə gözləyirik” – deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, “Neftçi” yay yoldaşlıq turnirində Moskva “Dinamo”sunu əvəzləyəcək.
Əlavə edək ki, hazırda Ukrayna başda olmaqla bir çox Avropa ölkəsi Rusiya ilə rəsmi və qeyri-rəsmi idman əlaqələrinə qarşıdırlar. Rusiyanın Ukraynaya hərbi təzavüzünə görə bu ölkənin komandaları futbol da daxil olmaqla beynəlxalq yarışlardan kənarlaşdırılıb.