May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, yarışda iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet qeydiyyatdan keçib.
Son olaraq körpücük üzərinə çəkisi 67 kq olan atletlər çıxıblar. Maraqlı və gərgin mübarizə şəraiitndə keçən yarışma Akif Abdullayevin qələbəsiylə yekunlaşıb. O, toplam 230 kq (103+127) nəticə ilə çempion adına layiq görülüb. Gümüş medalı toplam 229 kq (104+125) nəticə göstərən Emil Quliyev əldə edib. Bürünc medalı isə toplam 203 kq (88+15) nəticə ilə Yunis Bayramov qazanıb.