Ris Ceyms İngiltərə Premyer Liqası çərçivəsində baş tutacaq son turda iynamaq istəmir. Zədəsini yenicə sağaldan yarımmüdafiəçi risk etmək istəmir.

Futbolinfo.az xəbər verir ki, həkimlər futbolçunun meydana çıxmasına icazə verib. Anna Ceyms səbr etmək niyyətindədir: “Məşqçilər məni anlayışla qarşıladı. Bizim üçün heç nəyi həll etməyən son oyunda oynamayacağam. Mənim üçün bərpa prosesi çətin keçdi. Ona görə yeni problemin ortaya çıxmasını istəmirəm”.

Futbolçu yeni mövsümlə bağlı fərqli düşüncədədir: “Növbəti mövsümdə hər şey fərqli olacaq. Biz əvvəlkindən də güclü dönəcək və kuboklar üçün mübarizə aparacağıq”.

Shares: