Latviya çempionatında 15-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Yelqava” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı qələbə ilə tərk edib – 5:2.

Nazim bu oyunun iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də salınmayıb. Ramin isə 89-cu dəqiqədə meydana buraxılıb.

Müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Futbolçularımızın komandası hazırda 13 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Shares: