“Mançester Siti”nin hücumçusu Xulian Alvares klubdan ayrılmaq istəyir. Bu barədə Britaniya mətbuatrı məlumat yayıb.
Futbolinfo.az xəbər verir ki, Alvaresin belə qərara gəlməsi komanda yoldaşı Erlinq Haalandla bağlıdır. Futbolçu rəqabətə görə başqa kluba keçməyi düşünür. “Bayern” 23 yaşlı argentinalı ilə müqavilə imzalamağa hazırdır.
Xulianın İngiltərə komandası ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Alvares bu mövsüm 48 oyunda 17 qol vurub və 5 qolun ötürməsini verib.