Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün bombardiri bəlli olub.

Futbolinfo.az xəbər verir ki, bu mükafata “Qarabağ”ın futbolçusu Ramil Şeydayev yiyələnib. 27 yaşlı hücumçu mövsümdə 22 qol vurub.

O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb. “Qarabağ”ın tarixində 8-ci dəfə futbolçusu Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu olub. Ağdamlılar bununla da ölkə rekordunu təkrarlayıb. “Neftçi”nin də üzvləri 8 bombardirlik yaşayıb. Amma Bakı klubunun üzvləri 7 fərqli mövsümdə bunu bacarıb. “Qarabağ”ın futbolçuları isə 8 mövsümdə bombardir adına sahib çıxıb.

MÖVSÜMFUTBOLÇUKLUBQOL
1992Nazim Əliyev“Xəzər”39
1993Samir Ələkbərov“Neftçi”16
1993/94Musa Qurbanov“Turan”35
1994/95Nazim Əliyev“Neftçi”26
1995/96Rövşən Əhmədov“Kəpəz”23
 Fazil Pərvərov“Kəpəz”23
1996/97Qurban Qurbanov“Neftçi”34
1997/98Nazim Əliyev“Dinamo”23
1998/99Alay Bəhramov“Viləş”24
1999/00Badri Kvaratsxeliya“Şəmkir”16
2000/01Paşa Əliyev“Dinamo-Bakılı”13
2003/04Samir Musayev“Qarabağ-Azərsun”20
2004/05Zaur Ramazanov“Karvan”21
2005/06Yakuba Bamba“Karvan”16
2006/07Zaur Ramazanov“Xəzər-Lənkəran”20
2007/08Xaqani Məmmədov”İnter”19
2008/09Valter Quqlemon“İnter”17
2009/10Fərid Quliyev“Standard”16
2010/11Georgi Adamiya“Qarabağ”18
2011/12Bahodir Nasimov“Neftçi”16
2012/13Nikolas Kanales“Neftçi”26
2013/14Reynaldo Silva“Qarabağ”22
2014/15Nurlan Novruzov“Bakı”15
2015/16Dani Kintana“Qarabağ”15
2016/17Filip Ozobiç“Qəbələ”11
 Rauf Əliyev“İnter”11
2017/18Baqali Dabo“Qəbələ”13
2018/19Mahir Emreli“Qarabağ”16
2019/20Baqali Dabo“Neftçi”7
 Mahir Mədətov“Qarabağ”7
 Stiven Monroz“Neftçi”7
 Peyman Babayi“Sumqayıt”7
2020/21Namiq Ələsgərov“Neftçi”19
2021/22Kadi Borqes“Qarabağ”12
2022/23Ramil Şeydayev“Qarabağ”22
Shares: