Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi futbol üzrə İsveç millisinin və “Malmö”nün gənc yarımmüdafiəçisi Huqo Larssonu transfer edib.

Bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. 18 yaşlı olan futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Malmö”nün yetirməsi olan Larsson bu klubun əsas komandasında 59 oyuna 2 qol vurub. O, İsveç millisində də 1 oyun keçirib.

Shares: