Danimarka çempionatında 2022/2023 mövsümünün qalibi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, bu uğura “Kopenhagen” imza atıb.
Bu komanda Danimarka Super Liqasının 31-ci turunun “Viborq”la görüşündə qələbə qazanıb – 2:1. Liderin turnir cədvəlindəki ən yaxın izləyicisi “Nordsyeland”ın “Bröndbu”ya məğlub olması (1:5) də çempionluğun rəsmiləşməsi üçün yetərli olub.
Komanda yarışın bitməsinə 1 tur qalmış 2-ci yerdəki “Nordsyaland”ı qabaqlayıb.
Xalını 58-ə yüksəldən “Kopenhagen” ardıcıl 2-ci, ümumilikdə 15-ci dəfə ölkə çempionu olub.