MBA-da 2-ci finalçı da müəyyənləşib. Qərb konfransından fərqli olaraq şərqdə bunun üçün 7 oyuna ehtiyac duyulub. Seriyada 0:3 geriyə düşdükdən sonra ardıcıl 3    qələbə qazanmaqla “Boston Seltiks” liqa tarixində 4-cü dəfə bunu bacaran komanda olmuşdu. Xatırladaq ki, bundan əvvəlki 3 halda hesabı bərabərləşdirən komanda 7-ci oyunda məğlub olmuşdu.

Bu dəfə də belə olub. “Seltiks” doğma meydançada “Mayami Hits”ə qalib gələ bilməyib – 84:103.

Oyunun əvvəlindən qonaqlar daha yaxşı təsir bağışlayıblar. Teytum və komanda yoldaşlarının isə oyunu alınmayıb. Böyük fasiləyə qədər Mayami komandası 11 xallıq fərq yaradıb. Cimmi Batler görüşü 28 xalla tamamlayıb. Meydan sahiblərinin lideri Teytumun isə aktivində cəmi 14 xal var.

Beləliklə, 2006-cı ildən bu tərəfə “Mayami Hits” 7-ci dəfə MBA finalına yüksəlib. Bu ərəfədə Mayami komandasının göstəricisi ən yaxşıdır. Liqa tarixində “Hits” müntəzəm çempionatda 8-ci yeri tutaraq finala yüksələn ikinci komanda olub.

Digər maraqlı hadisə isə ulduzlar oyununda iştirak edən cəmi 2 basketbolçunun finalda mübarizə aparacağıdır. Bunlar Adebayo və Yokiçdir.

Shares: