“Qarabağ”ın yeni müqavilə bağlamadığı Filip Ozobiç karyerasını Azərbaycanda davam etdirə bilər. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, azad agentə çevrilən futbolçu ilə Misli Premyer Liqasının iki təmsilçisi maraqlanır.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov keçmiş komanda yoldaşını yanına gətirmək niyyətindədir. Mütəxəssis milli komandamızın xorvat yarımmüdafiəçinin hələ bir müddət də yüksək səviyyədə oynaya biləcəyinə inanır. Lakin hələlik tərəflər arasında heç bir razılıq yoxdur.
Bundan başqa Ozobiçi “Neftçi” də heyətinə qatmaq fikrindədir. Rumın baş məşqçi Laurentsiu Regekampf təcrübəli oyunçunun keyfiyyətindən avrokuboklarda yararlanmaq istəyir. Bakılıların meneceri Zaur Əzizov birvaxtlar birlikdə işlədiyi oyunçu ilə təmasa da keçib.