Müdafiəçi Benjamin Pavar bu yay “Bayern”i tərk etmək istəyir.

Futbolinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu müqaviləsini 2024-cü ilə qədər uzatmaq niyyətində deyil. Fransalı futbolçu artıq qərarı ilə bağlı kluba məlumat verib.

Daha əvvəl futbolçu ilə “Barselona”, “Mançester Yunayted” və “İnter”in maraqlandığı bildirilirdi.

Pavar bu mövsüm “Bayern”in heyətində Bundesliqada 30 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Shares: