Kərim Benzemanın mətbuat konfransı reallaşıb. Amma o, “Real”ı tərk edəcəyini açıqlamayıb.
Futbolinfo.az xəbər verir ki, madridlilərin hücumçusunun bu gün jurnalistlərlə görüşündə klubdan ayrılacağını açıqlaması gözlənilirdi. Amma Kərim müqaviləsinin bitmədiyini bildirib: “Klubla müqaviləm davam edir, “Real”a məxsusam. Qarşıda bir çempionat oyunumuz var. Ondan sonra necə olacağına baxacağıq”.
Benzema jurnalistlərin “Gələcəyinlə bağlı danışacaqsanmı” sualını belə cavablayıb: “Mən Madriddəyəm, danışan isə inyernetdir. Və internetdə yazılanlar həqiqət deyil”.
Xatırladaq ki, Benzamanın Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçəcəyi gözlənilir.