Azərbaycan millisinin karateçisi İrina Zaretska iyunun 9-da Yaponiyanın Fukuoka şəhərində start götürəcək Premyer Liqa turnirində iştirak edəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə Dünya Karate Federasiyasının rəsmi tvitter hesabı məlumat yayıb.

68 kq çəki dərəcəsində dünya və Avropa çempionu olmuş idmançı ötən ay Mərakeşin paytaxtı Rabatdakı eyni yarışda qızıl medal qazanıb.

Zaretska 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edib.

Qeyd edək ki, Fukuokadakı turnir üç gün davam edəcək.

Shares: