“Neftçi”nin Emil Balayevi heyətə qatmağa hazırlaşması komandanın digər qapıçısının vidası ilə üst-üstə düşəcək. Bir müddət öncə Premyer Liqaya vəsiqə qazanan “Araz-Naxçıvan”a keçəcəyi deyilən Aqil Məmmədovla bağlı xəbər təkzib olunsa da, yenidən aktuallaşıb.
Futbolinfo.az xəbər verir ki, Aqil 3-cü qapıçı olmaqdansa, doğulduğu muxtar respublikanın təmsilçisində çıxış etməyi lazım bilib. 34 yaşlı qolkiper 2019-cu ilin yanvarından “Qəbələ”dən 3-cü dəfə gəldiyi “Neftçi”ni birdəfəlik tərk edir. O, digər həmyerlisi Turan Vəlizadəni də özü ilə aparır. Bakılılar son mövsümü “Turan Tovuz”da keçirən yarımmüdafiəçisini bu dəfə “Araz-Naxçıvan”a icarəyə verir.