İsnik Alimi Azərbaycanda qalmaq istəmir. Bir neçə Premyer Liqa klubundan təklif alan yarımmüdafiəçi ölkəmizi tərk edəcək.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı şimali makedoniyalı ciddi təkliflər alıb. 2021-ci ildə İtaliya “Atalanta”sından ayrıldıqdan sonra “Qəbələ”yə azad agent kimi gələn yarımmüdafiəçi çoxsaylı dəvətlərdən birini dəyərləndirəcək.

Ölkəmizdə “Zirə” və “Səbail”in istədiyi Alimi 200 min dollarlıq tələbinə müsbət cavab almayıb. “Qəbələ”nin də onu düşərgədə saxlamaq imkanı yoxdur. Futbolçu ölkə kubokunun finalında “Neftçi” ilə matç bitdkdən sonra Azərbaycanla birdəfəlik vidalaşacaq.

Shares: