“Ferrari” komandası Formula 1-də uğursuz mövsümdə dönüş yaratmaq üçün çalışmalarını davam etdirir. Barselona qran-prisindən əvvəl boliddə ciddi dəyişikliklər edilib.
Skuderiya İspaniyaya modifikasiya edilmiş yan pontonlar gətirib. Komanda yeniliyi yalnız bir maşın üçün hazırlayıb. Pilotlar növbəli şəkildə bundan istifadə edəcəklər.
Komandanın digər yeniliyi arxa qanadlarla bağlıdır. Budəfəki qanad əvvəlkilərdən fərqlənəcək. Həmçinin maşının altlığında da dəyişiklik edilib. “Ferrari” bu hissədə “Red Bull”un variantından istifadə edib.
Xatırladaq ki, uğursuz starta görə komanda İtaliya mətbuatı tərəfindən ciddi şəkildə tənqid edilir. Komandanın yeni başçısı Frederik Vasyor qısa müddət ərzində rəqib komandalar arasında fərqi qapatmağa çalışır. Monako qran-prisində pilotların nəticələri ürəkaçan olmamışdı.