“Milan” Rafael Leao ilə uzun sürən danışıqları nəhayət, yekunlaşdırdı. “Rossonyerlər”in Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirməsi portuqaliyalı ulduzun tərəddüdlərinə son qoydu və o, gələn il bitəcək müqaviləni 2028-ci ilin yayınadək uzatdı.

Futbolinfo.az xəbər verir ki, İtaliya klubu Leaoya illik 5 milyon avro maaş ödəyəcək. Rafael 2 milyon avro bonus və imza haqqı da alacaq.

“Çelsi”, PSJ və digər klublar transfer etmək istədiyi futbolçunu əldə etmək istəsə, 175 milyon avrosundan keçməli olacaq. Çünki oyunçunun sərbəstqalma haqqı bu qədər təyin edilib.

Shares: