Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat göndərilib.

Futbolinfo.az xəbər verir ki, Zülfüqarov kişi voleybolçular arasında “Qızıl Avropa Liqası”nda A qrupunda yer alan Türkiyə və Rumıniya yığmalarının qarşılaşmasının baş hakimi olacaq.

Oyun iyunun 4-də Türkiyənin Konya şəhərində keçiriləcək. Görüşdə ikinci hakim funksiyasını türkiyəli Burhan İlhan yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Shares: