MBA-da final seriyasının ikinci oyunu keçirilib. İlk oyunda qalib gələn “Denver Naggets” bu dəfə Mayami komandası ilə bacara bilməyib – 108:111. Bu mövsüm onlar ilk dəfə pley-offda öz meydançalarında məğlub olublar.

Futbolinfo.az xəbər verir ki, Nikola Yokiçin 41 xalı da komandanı məğlubiyyətdən xilas etməyib. Maraqlıdır ki, indiyədək pley-offlarda Yokiçin 40-dan artıq xal topladığı oyunlarda “Naggets” qələbə qazana bilməyib.

İlk oyunda aciz görünən “Hits” isə nəticə çıxararaq öz oyun üslubunu diqtə edə bilib. 2016-cı ildən bəri ilk dəfə olaraq mayamililər Denverdə qələbə qazanıblar. Bu dəfə də komandanın lideri Cimmi Batler yüksək səviyyəli oyun nümayiş etdirə bilməyib. Əvəzində Erik Spoelstranın yetirmələri komanda şəklində gözəl oyun sərgiləyiblər. Mayami komandasında ən məhsuldar basketbolçu 23 xal toplayan Vinsent olub. Adebayo isə 21 xal toplayıb. O , həmçinin 9 ribaund edib. Qonaqların türkiyəli basketbolçusu Yurdsevən isə meydançada görünməyib.

Beləliklə, qalib gələn “Mayami Hits” ümumi hesabda tarazlığı bərpa edib. Seriyanın 3 və 4-cü oyunları Florida ştatında keçiriləcək.

Shares: