Gəncədə şəhidlərin xatirəsinə həsr olunan mini-futbol üzrə uşaqlar arasında region birinciliyi təşkil edilib. Yarış Gəncə Futbol Veteranları Birliyi və AFFA-nın təşkilatçılığı ilə baş tutub.

Futbolinfo.az xəbər verir ki, birinciliyin açılışında rəsmilər, veteran futbolçular, müharibə veteranları və şəhidlərin ailə üzvləri iştirak edib. Yarışda 2014-2015-ci il təvəllüdlülərdən ibarət 4 komanda mübarizə aparıb.

Gəncənin “Kəpəz” və “Lokomotiv”, eləcə də “Turan Tovuz” və Mingəçevirin “Uğur” kollektivləri qələbə qazanmaq üçün bacarıqlarını ortaya qoyublar. Bütün rəqiblərini üstələyən “Lokomotiv” birinciliyin qalibi olub. “Kəpəz” 2-ci, Uğur isə 3-cü yerə layiq görülüb.

Sonda fəxri yer tutan komandaların üzvlərinə diplom və hədiyyələr təqdim olunub.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Shares: