“Şamaxı”nın forvardı Amil Yunanov klubdan ayrılmağa yaxındır. Futbolinfo.az-ın məlumatına görə, hücumçu Birinci Diviziona yuvarlanan klubda qalmaq istəmir.

Futbolçu özü də saytımıza açıqlamasında bunu təsdiq edib: “Yəqin ki, “Şamaxı”da qalmayacam. Başqa 1-2 variant var, danışıb qərar verəcəm”.

Yunanov hansı klublardan təklif olduğunu açıqlamayıb. Bizdə olan bilgiyə görə, onu heyətinə qatmağa daha çox “Araz-Naxçıvan” can atır.

Shares: