“Bayern”in sabiq baş məşqçisi Yulian Naqelsmann PSJ-yə rəhbərlik edə bilər. Bu barədə alman mütəxəssis özü məlumat verib. O, Fransa klubunun rəsmiləri ilə ilk görüşünü keçirdiyini etiraf edib.
Futbolinfo.az xəbər verir ko, Kristof Qaltye ilə müqaviləni pozmağa hazırlaşan PSJ Naqelsmannla anlaşmaq üzrədir. Alman məşqçi ilə ilkin razılıq əldə edilib. Yulianın tələblərindən biri Belçika yığmasının sabiq köməkçi-məşqçisi Tyerri Anrini də məşqilər korpusunda görməkdir.