Ukrayna millisinin yeni baş məşqçisinin rəsmi təqdimatı olub.
Futbolinfo.az xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko Sergey Rebrovun bu posta gətirildiyini bildirib.
49 yaşlı mütəxəssis yığmada baş məşqçi kimi debütünü iyunun 12-də Almaniya seçməsinə qarşı yoldaşlıq matçında edəcək.
Qeyd edək ki, Sergey Rebrov futbolçu karyerasında 1992-2006-cı illərdə Ukrayna millisinin formasını geyinib. O, son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” klubunda işləyib.