İyunun 10-11-də Sinqapurda çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsi keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, yarışda ölkəmizi Rübail İbrahimli (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək.
İyunun 10-da qrup mərhələsinin görüşləri keçiriləcək. Növbəti gün isə qrup mərhələsinin son turu, pley-off görüşləri və medallar uğrunda qarşılaşmalar baş tutacaq.
Qeyd edək ki, ilk görüşlər Bakı vaxtı ilə 06:00-da başlayacaq. Həlledici qarşılaşmalar isə bazar günü 12:30-da start götürəcək.