“Qəbələ”dən ayrıldığı rəsmən açıqlanan Məqsəd İsayev gələcək planlarından danışıb. “Zirə” ilə iki illik müqavilə bağladığı deyilən müdafiəçi hələ heç nəyin dəqiqləşmədiyini bildirib.
Futbolinfo.az saytına danışan futbolçu bunları deyib: “Deyirlər ki, “Zirə” ilə anlaşmışam. Hələ ki, dəqiq bir şey yoxdur. Yəni tam rəsmiləşməsə, kimsə “filan kluba keçməşəm” deyə bilməz. Maaşımla bağlı yazılanlar da doğru deyil. “Zirə” ilə danışqları gizlətmirəm, amma dəqiqləşən bir şey yoxdur”.
İsayev başqa klublardan da təklifləri olduğunu açıqlayıb: “Sadəcə, hazırkı durumda danışıqlar gedir və tam qərar verməmişəm”.