“Çelsi” Neymarın transferi üçün fəaliyyətə başladığını rəsmən açıqlayıb. İngiltərə klubu tezliklə PSJ-yə ilk təklifini göndərəcək.

Futbolinfo.az xəbər verir ki, keçidin tezliklə və problemsiz başa gələcəyi gözlənilir. Braziliyalı azarkeşlərlə münasibəti üzündən Parisdə qalmaq istəmir. Fransa klubu da heyəti yeniləmək niyətindədir və Lionel Messinin ardınca daha bir yüksəködənişli oyunçuyla vidalaşmağa çalışır.

“Zadəganlar” Joao Feliksi məhz Neymarı transfer etmək istədiyi üçün heyətdə saxlamadı. Onlar braziliyalıya yay transfer dövrünün əsas hədəfi kimi baxır.

Shares: