Daha bir aparıcı futbolçu “Qəbələ”ni tərk etməyə hazırlaşır. Məqsəd İsayev və Ramon Maçadodan sonra yarımmüdafiəçi Felipe Santos da “qırmızı-qaralar”la vidalaşmaq üzrədir.

Bunu futbolinfo.az saytına açıqlamasında braziliyalı futbolçu özü deyib. 26 yaşlı hücumameyilli oyunçu bölgə təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyi düşünmür. O, bunun səbəbini rəhbərliyin yeni sözləşmə məsələsində laqeyd yanaşmasında görür.

Adı Premyer Liqanın bir neçə klubu ilə birgə hallanan Santos bunların da şayiə olduğunu bildirib. Pleymeyker, ümumiyyətlə, Azərbaycanı tərk edəcəyini gizlətməyib.

Qeyd edək ki, Felipe Santos “Qəbələ”yə ötən ilin yayında “Şamaxı”dan keçib.

Shares: