İngiltərə 2023/24 mövsümündə Avropa kuboklarında 8 komanda ilə təmsil olunacaq. Bu, “Vest Hem”in Konfrans Liqasının finalındakı qələbəsi sayəsində mümkün olub. Dünən keçirilən matçda onlar “Fiorentina”ya qalib gələrək (2:1) kuboka sahib olublar və yeni mövsümdə Avropa Liqasının qrupunda iştirak hüququ əldə ediblər.

“Vest Hem” İngiltərə Premyer Liqasında 14-cü yeri tutduğundan çempionat yolu ilə avrokuboka vəsiqəni təmin edə bilməmişdi.

Beləliklə, yeni mövsümdən İngiltərənin Avropa kuboklarında 8 komandası iştirak edəcək. “Mançester Siti”, “Arsenal”, “Mançester Yunayted” və “Nyukasl” Çempionlar Liqasında, “Liverpul”, “Brayton” və “Vest Hem”Avropa Liqasında, “Aston Villa” isə Konfrans Liqasında iştirak edəcək. Yalnız sonuncular təsnifat mərhələsində mübarizə aparacaq. Qalan klublar birbaşa qruplarda oynayacaq.

Shares: