Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə “Konyaspor”undan ayrılır.

Futbolinfo.az xəbər verir ki, bu barədə 25 yaşlı hücumçu özünün instaqram səhifəsində paylaşım edib.

Forvard “Hər şey üçün təşəkkürlər, “Konyaspor” yazıb.

Xatırladaq ki, Mahir Emreli müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qayıdacaq. O, fevraldan formasını geyindiyi “Konyaspor”da 12 oyuna 2 qol vurub.

Shares: