“Çox yerdə yazırlar ki, karyeramı başa vurmuşam, amma belə bir şey yoxdur” – bunu futbolinfo.az-a açıqlamasında “Səbail”lə müqaviləsi başa çatan Rahid Əmirquliyev deyib.

O, karyerasını başa vurmadığını açıqlayıb: “Açığı, gözləmə möqveyindəyəm. Mövsüm hələ yeni başa çatıb, “Səbail”lə sözləşməm bitib. Əgər təklif olsa, oynayacam. Yox görsəm ki, təklif yoxdur, o zaman karyeramı başa vuracam”.

Qeyd edək ki, Rahid Əmirquliyev 2018-ci ildən “Səbail”də çıxış edir. O, Bayıl təmsilçisinin kapitanı olub.

Shares: