“Napoli” Viktor Osimhenin transfer qiymətni endirib. İtaliya çempionu öncə 150 milyon avroluq təklifə baxa biləcəyini bildirmişdisə, indi vəziyyət dəyişib.
Futbolinfo.az xəbər verir ki, nigeriyalının israrla klubdan ayrılmaq istəməsi İtaliya klubunun qərarına təsir edib. İlk tələb olunan məbləğ faktiki oyunçunun satmaq istəməməyə işarə idi. “Mançester Yunayted” bu səbəbdən geri çəkilmişdi, “Bayern” isə ümumiyyətlə, yarışa girməmişdi. Lakin Osimhenin klub rəhbərliyinə açıq şəkildə gedəcəyini bildirməsi ilə vəziyyət dəyişib.
İndi “Napoli” hücumçusunu 120 milyon avroya satmağa hazırdır. Bu səbəbdən “Mançester Yunayted” yenidən təmaslara keçməyə hazırlaşır. İngilislər məbləği 100 milyona sala biləcəyinə ümid edir.