Mövsüm başa çatan kimi “Zirə” ilə yollarını ayıran Sertan Taşkın karyerasını ölkə daxilində davam etdirəcək. Futbolinfo.az saytının məlumatına görə, 26 yaşlı sağ cinah müdafiəçisi Premyer Liqanın 3 klubunun diqqət mərkəzindədir.

Hazırda konkret olaraq “Turan Tovuz”, “Səbail” və “Neftçi” Azərbaycan millisinin üzvü ilə danışıq aparır. İlk iki komanda onu növbəti mövsüm əsas heyət oyunçusu qismində görür. “Neftçi” isə müdafiədəki rəqabəti artırmaq üçün Taşkını heyətə cəlb etməyi düşünür.

Qeyd edək ki, Sertan ötən mövsüm “Zirə”nin heyətində Premyer Liqada 29 oyun keçirib, 5 qola imza atıb. O, 2021-ci ildə Qətər (1:2) və Moldova (0:1) ilə yoldaşlıq görüşlərində əsas millinin formasını geyinib.

Shares: