AFFA divizionların adını dəyişməyə hazırlaşır. Tezliklə bu barədə rəsmi qərar elan olunacaq.

Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov keçirdikləri yarışların müvafiq olaraq, Premyer Liqa, Birinci Liqa və İkinci Liqa adlandırılmasını təklif edib. Hazırda məsələ müzakirə olunur, yekun qərar verilməyib. Lakin belə bir planın olmasını müraciət etdiyimiz PFL-dən təsdiqlədilər. Qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev məsələnin müzakirə mərhələsində olduğunu gizlətmədi.

PFL hazırda müxtəlif şirkətlərlə sponsorluq danışıqları aparır. Yarışların adının verilməsi üçün tərəfdaşlar tapıldıqdan sonra güman k, dəyişikliklər reallaşacaq. Premyer Liqanın adını daşıyan “Misli” ilə birillik müqavilə bitib və yenilənməsi gündəmdədir. Digər liqalarda isə yeni sponsorların olması gözlənilir.

PFL-in öz adında, eyni zamanda əsas çempionatda “Liqa” sözü olduğundan bu dəyişikliyi başa düşmək olar. Görünür yarışlarda nizam yaratmağa çalışan qurum adları da sistemləşdirir.

Shares: